İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elşad Xose geridə qalıb, 10 ildir heç nə etmir"

"Elşad Xose Azərbaycan repinin vacib fiqurlarından biri idi. Əvvəl dost olmuşuq, indi münasibətimiz yoxdur. Elşadın xəstəliyi var - reallıqdan çox geri qalıb. Hələ də o dövrdə qalıb: elə bilir ö dövrün davamıdır, o dövrlə nəfəs alır, düşünür, yatır. Son 10-15 ildə Elşadın tutan mahnısı olmayıb".

Bu sözləri reper Dado Əliyev "Astar" yutub layihəsində deyib.

İfaçı həmkarı Elşad Xoseni tənqid edib. O bildirib ki, Elşad Xosenin son illər heç bir yaxşı işi olmayıb:

"Duetlərlə çıxdı, bunu saymıram. Öz yazdığın bir şeylə partlatmamısan. Hansısa musiqili kanalda klipinin getməsi sayılmır. Hələ də o dövrdə etdiyini edir. Onun işi məndən çoxdur. Köhnə mahnıları nə qədər uzadacaqsan? 2010-cu ildən bu yana tutuzdura bilmir. Son zamanlar münasibətimiz heç yoxdur. Bir-birimizdə hər yerdə "qara siyahı"dayıq. Gördüm məni atıb "qara siyahı"ya, başqa adamların yanında haqqımda çox şey danışıb". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2026

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR