Onlayn ictimai-siyasi qəzet
Dünən İraq Elektrik Enerjisi Nazirliyi İrandan təbii qaz tədarükünün tamamilə dayandırıldığını elan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, tədarükün kəsilməsi nəticəsində bəzi enerji blokları fəaliyyətini dayandırıb, digər elektrik stansiyalarında isə istehsal gücü azaldılıb. Bu səbəbdən ölkənin elektrik şəbəkəsindən 4000–4500 meqavat güc çıxıb.
Nazirliyin sözçüsü bildirib ki, İran tərəfi fövqəladə vəziyyətləri əsas gətirərək Bağdada qaz ixracının dayandırılması barədə rəsmi xəbərdarlıq edib.
Mövcud vəziyyətlə əlaqədar olaraq, İraq hakimiyyəti Neft Nazirliyi ilə koordinasiyada elektrik stansiyalarının yerli alternativ yanacaqla təmin olunması üçün tədbirlər görür.
Musavat.com
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ