İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdal Beşikçioğlu XƏSTƏXANAYA GƏTİRİLDİ – 66 gündür həbsdə olan məşhur aktyor TANINMAZ HALDA

Etimesgut Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırmaları çərçivəsində avqustun 3-də həbs olunan bələdiyyə başçısı Ərdal Beşikçioğlu müayinə və analizlərdən keçmək üçün Ereğli Dövlət Xəstəxanasına köçürülüb.

Musavat.com xəbər verir ki, həbsinin 66-cı günündə xəstəxanaya gətirilən Beşikçioğlu burada geniş tərkibli tibbi nəzarətdən keçirilib.

Xəstəxanadakı prosedurlar başa çatdıqdan sonra o, yenidən cezaevinə qaytarılıb.

Xəstəxanaya gətirilməsi zamanı kameralara tuş gələn Beşikçioğlunun xeyli bitkin halı diqqət cəlb edib. Məşhur aktyor və bələdiyyə sədrinin səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ankara Qərb Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Etimesgut Bələdiyyəsinə qarşı aparılan təhqiqat çərçivəsində saxlanılan Beşikçioğlu barəsində avqustun 3-də həbs qətimkan tədbiri seçilib. Məşhur aktyor özünə qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edib.

Musavat.com

66 gündür cezaevinde olan Erdal Beşikçioğlu\'nun son hali

66 gündür cezaevinde olan Erdal Beşikçioğlu'nun son hali

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR