İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan İrana gedir? - SON DƏQİQƏ AÇIQLAMASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məşhədə getməyəcək.

Musavat.com xəbər verir ki, AKP (Ədalət və İnkişaf Partiyası) bəyanat yayaraq dövlət başçısının İrana səfərini təkzib edib.

Qeyd edək ki, Türkiyə prezidentinin İranın mərhum prezidenti İbrahim Rəisinin dəfnində iştirak üçün Məşhədə səfər edəcəyi barədə rəsmi məlumatlar yayılmış, sonradan bu məlumatlar mediadan silinmişdi.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR