İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan və İran arasında problem var” - Petrosyan DANIŞDI

“Ermənistan Respublikası hökuməti ilə İran İslam Respublikası arasında problem var və bu, göz önündədir. Ermənistan-İran münasibətlərindəki maneələrin əksəriyyəti üçüncü ölkələrlə deyil, Ermənistan Respublikasının hakimiyyət orqanları ilə bağlıdır”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu siyasətçi Suren Petrosyan deyib.

O qeyd edib ki, problemlər ölkə və ya erməni xalqı ilə deyil, konkret hakimiyyətlə bağlıdır:

“Bu, strateji əhəmiyyət kəsb edən məsələdir, çünki İran İslam Respublikası bizim üçün dost ölkədir, son dərəcə mühüm tərəfdaşdır, strateji əhəmiyyət kəsb edən dövlətdir. Bu problemləri dəf etmək lazımdır, lakin onları dövlətin əslində nə olduğunu, onun strateji maraqlarının nə olduğunu bilən adekvat hökumətə malik olan zaman həll etmək olar”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR