Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Norapat şəhərində "artsax" əski parçası yığışdırılıb.
Musavat.com "Hraparak"a istinadla xəbər verir ki, 44 günlük, müharibədə həlak olanların xatirəsinə daş və fəvvarə quraşdırılıb, onların arasında keçmiş xunta rejiminin "bayrağı" da dalğalanıb. Eyni yerdə Ermənistan bayrağı da olub. Lakin "artsax" əski parçası oradan götürülüb.

Norapat qəsəbəsinin inzibati rəhbəri Aşot Qriqoryan mətbuata açıqlamasında xəbəri təsdiqləyib. Lakin küləkli hava şəraiti ilə əlaqələndirib və dirəyin zədələndiyini deyib. O, mətbuata düzgün məlumat verilmədiyini deməyə çalışsa da, Ermənistanda son dövrlər "artsax" atributlarının yığışdırılması prosesi gedir. Bundan əvvəl Armavir bölgəsində məktəbdə analoji qərar verilmişdi. Həmçinin, yeni parlamentin iclaslarında müxalifətin tribunasında "artsax" bayraqlarının qoyulmasına icazə verilmir.
Bundan əlavə, bir müddət əvvəl Eçmiədzində “artsax”ın əski parçası olan “bayrağı” sökülüb. Bu da revanşist və daşnakçı ermənilərin qəzəbinə səbəb olmuşdu. Qeyd edək ki, baş nazir Paşinyan "Qarabağ hərəkatı"na icazə verməyəcəyini bildirib.
Emil Salamoğlu
Musavat.com
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ