Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti dövlət büdcəsinin kəsirini maliyyələşdirmək məqsədilə Beynəlxalq İnkişaf üzrə OPEK Fondundan 80 milyon avro məbləğində kredit cəlb edəcək. Bu barədə qərar Ermənistan Nazirlər Kabinetinin iclasında təsdiqlənib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, OPEK Fondundan ayrılacaq kredit 6 aylıq üzən "Euribor" dərəcəsi (hazırda 2,606% təşkil edən Avropa banklararası kredit dərəcəsi) və bura əlavə edilən 1,56%-lik sabit dərəcə ilə (hazırkı vəziyyətə görə illik cəmi 4,166%) təqdim olunacaq.
Kreditin ödənilmə müddəti 18 il təşkil edir və bunun ilk 5 ili əsas məbləğ üzrə güzəştli dövr sayılır.
Ermənistan hökuməti ilə fond arasında müvafiq razılaşma bu il aprelin 29-da əldə olunub. Mütəxəssislər qeyd edirlər ki, xarici borclanmanın artması ölkənin maliyyə asılılığını daha da dərinləşdirir.
Musavat.com
10 Iyul 2026
09 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ