Onlayn ictimai-siyasi qəzet
Ənənəvi rus cəmiyyətində ailə qurmaq sadəcə şəxsi seçim deyil, insanın cəmiyyətdəki mövqeyini müəyyənləşdirən mühüm şərtlərdən biri sayılırdı.
Musavat.com xəbər verir ki, Rusiya kəndlərində kəndli oğlanın neçə yaşı olmasından asılı olmayaraq, evlənənədək ona ciddi və tamhüquqlu kişi kimi yanaşılmırdı. Xalq arasında hətta “subay quduz kimidir” mənasında ifadə işlədilirdi. Kişi yalnız evləndikdən sonra cəmiyyətin gözündə tamhüquqlu “kişi” statusu qazanırdı.
Ümumiyyətlə, ənənəvi cəmiyyətlərdə sağlam və ailə qurmaq yaşında olan gənclərin nikahdan kənarda qalması normal qarşılanmırdı. Bir çox qədim cəmiyyətlərdə subay insanlar qınanır, bəzi hallarda isə hətta cəzalandırılırdı.
XIX əsrin əvvəllərində yaşı çox olsa belə, adı və var-dövləti olan subay kişinin evlənmək şansı qalırdı. Belə kişiyə gəlin axtarmaq bəzən mənəvi borc, qismən də əyləncə kimi qəbul edilirdi.
Rusiyada ərə getməyən qadınlara münasibət isə ikili idi. Həmin dövrün təsəvvürlərinə görə, qadının əsas həyat məqsədi evlənmək və ana olmaq sayılırdı. Buna görə də yaşı ötmüş subay qadın cəmiyyətin qəbul etdiyi həyat modelindən kənara çıxan şəxs kimi görülürdü.
Bununla belə, rəsmi nikaha daxil olmayan hər kəs tənha və övladsız yaşamırdı. Məsələn, məşhur rus hüquqşünası Anatoli Koni heç vaxt evlənməyib. Lakin onun şəxsi həyatında sevgi münasibətləri olub. 83 illik ömrü ərzində bir neçə uzunmüddətli roman yaşayıb. Onun sevdiyi qadınların əksəriyyəti evli qadınlar deyil, yaxşı ailələrdən olan subay qızlar idi.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ