Onlayn ictimai-siyasi qəzet
Yeşilçamın məşhur simalarından olan Gülşən Bubikoğlu yeni paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.
"Ah Nerede", "Gırgıriye", "Alev Alev" və "Yaz Bekarı" kimi unudulmaz filmlərlə tamaşaçıların sevgisini qazanan 71 yaşlı aktrisa sosial media hesabında yeni fotolarını paylaşıb.
Bubikoğlunun son görüntüsü izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Paylaşımın ardından çoxsaylı şərhlər yazılıb, pərəstişkarları məşhur aktrisanın baxımlı görünüşünü və zərifliyini tərifləyiblər.
Türk kinosunun "ox kiprikli" gözəli kimi tanınan Gülşən Bubikoğlu uzun illər ərzində yaratdığı obrazlarla yadda qalıb. Onun filmləri bu gün də Yeşilçam klassikləri arasında xüsusi yer tutur.

19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ