Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp son günlər dünya gündəmini zəbt edən İranla birbaşa və üz-üzə sülh danışıqları barədə gözlənilməz bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında imzalanması gözlənilən 14 bəndlik memorandum və mümkün görüş barədə danışarkən hələlik belə bir addım üçün vaxtın çatmadığını vurğulayıb.
Jurnalistlərin sülh danışıqlarını yekunlaşdırmaq üçün Pakistana səfər edib-etməyəcəyi ilə bağlı sualına Tramp kifayət qədər soyuq və birmənalı cavab verib: "Düşünmürəm. Ora çox uzaqdır. Bu, çox yorucu olardı".
Trampın bu çıxışı sülh prosesinin həlledici mərhələyə daxil olduğunu düşünən beynəlxalq birlikdə müəyyən suallar yaradıb. Prezidentin bu sözləri diplomatik dairələrdə həm də İran tərəfinə bir mesaj kimi qiymətləndirilir; belə ki, Tramp danışıqların gedişatını tam təmin etmədən şəxsən masaya oturmaq niyyətində olmadığını nümayiş etdirir. Ekspertlərin fikrincə, "yorucudur" ifadəsi sadəcə diplomatik bir bəhanə ola bilər və əslində rəsmi Vaşinqton Tehranın sülh şərtlərini tam yerinə yetirəcəyinə dair daha ciddi təminatlar gözləyir. Bu bəyanatdan sonra Pakistan və İslamabadın vasitəçilik missiyasının necə davam edəcəyi maraq doğurur.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ