Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ictimai-siyasi, mədəni və diplomatik həyatında mühüm xidmətləri olmuş tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib.
Musavat.com xəbər verir ki, Hidayət Orucov iyunun 13-də Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, mərhumun nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək. Dəfn mərasiminin vaxtı və digər tədbirlərlə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyində müxtəlif məsul vəzifələrdə çalışıb, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edib.
Allah rəhmət eləsin.
14 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ