İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Armen Qriqoryanla panel müzakirəsində - FOTOLAR

Doha Forumu çərçivəsində "Ermənistan–Azərbaycan Dayanıqlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək" adlı panel sessiya keçirilib.

Musavat.com xəbər verir ki, David Hearstın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.

H.Hacıyevin "X" hesabında yazdığı məlumata görə, müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.

"Mən Azərbaycan tərəfinin Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində göstərdiyi güclü iradəni vurğuladım", - Prezidentin köməkçisi qeyd edib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR