İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz boğazının bağlanması Qətəri çökdürdü: Maye qaz ixracı 96% aşağı düşdü

Hörmüz boğazının blokadaya alınması nəticəsində Qətərin mayeləşdirilmiş təbii qaz (MQ/LNG) ixracı kəskin şəkildə azalaraq 96 faiz düşüb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi beynəlxalq energetika və logistika mənbələrinə istinadən məlumat yayıb.

Statistik göstəricilərə görə, ötən ilin müvafiq dövründə 509 partiya qaz ixrac edildiyi halda, bu il analoji vaxt ərzində cəmi 18 partiya məhsul yola salına bilib. Agentliyin hesablamalarına əsasən, bu dərin böhran nəticəsində Qətər təxminən 24 milyard dollar həcmində qaz gəlirindən məhrum olub. Bazar daxilində yaranan ciddi qıtlıq qismən ABŞ-dan Avropaya göndərilən mayeləşdirilmiş qaz həcmlərinin artırılması hesabına kompensasiya edilir.

Bununla belə, Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatlar ilin bu vaxtı üçün rekord dərəcədə aşağı səviyyədə qalmaqdadır. Enerji ekspertləri xəbərdarlıq edirlər ki, Hürmüz boğazındakı gərginlik və Qətər qazının kəsilməsi önümüzdəki qış mövsümündə dünya bazarlarında təbii qazın qiymətinin kəskin şəkildə sıçraması riskini maksimuma qaldırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR