İnsanlara hürriyət, millətlərə istiqlal!

İki əsrlik tısbağa dünya rekorduna düşdü - Video

Yer üzündə yaşayan ən yaşlı quru heyvanı yeni rekorda imza atıb.

Musavat.com xəbər verir ki, Cənubi Atlantik okeanında yerləşən Sent-Helena adasında yaşayan nəhəng Seyşel tısbağası Conatan Guinness Dünya Rekordlarının simvoluna çevrilib.

Məlumata görə, Conatanın təxminən 1832-ci ildə doğulduğuna inanılır. Beləliklə, onun yaşı artıq 200-ü ötüb.

Nəhəng Seyşel tısbağaları adətən 150 ilədək yaşayır. Conatan isə bu göstəricini xeyli geridə qoyaraq dünyanın ən uzunömürlü quru heyvanı statusunu qoruyur.

Mütəxəssislər bildirirlər ki, tısbağa yaşına baxmayaraq hələ də Sent-Helena adasında xüsusi qayğı altında yaşayır və turistlərin ən çox maraq göstərdiyi canlılardan biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR