İnsanlara hürriyət, millətlərə istiqlal!

İl ərzində 7 dəfə nasazlıq

Qara dəniz üzərində təhlükə siqnalı verən «Azimut» aviaşirkətinə məxsus təyyarənin ötən il ərzində azı yeddi dəfə texniki nasazlıqlarla üzləşdiyi məlum olub.

Musavat.com xəbər verir ki, "SHOT" kanalının araşdırmasına görə, sentyabrın 17-də Mineralnıye Vodı – Ufa reysi zamanı laynerin hidronasoslarından biri sıradan çıxıb, nəticədə təyyarə hündürlüyü azaldaraq təyinat nöqtəsinə eniş etməli olub. Cəmi bir gün sonra isə növbəti reysə buraxılan təyyarədə yenidən texniki problem qeydə alınıb.

Təyyarənin problemləri bununla bitməyib; oktyabr ayında İrəvana uçuşu baş tutmayıb, həmçinin Daşkənd, Perm və digər şəhərlərə reyslər zamanı da müxtəlif texniki nasazlıqlar aşkarlanıb. Yalnız sözügedən təyyarə deyil, aviaşirkətin digər hava gəmilərində də son aylar mühərriklərin işə düşməməsi və avtopilotun səhv işləməsi kimi hallar dəfələrlə qeydə alınıb ki, bu da ekipajların uçuş planlarını dəyişməsinə və ya dayanacağa qayıtmasına səbəb olub. Doqquz ildən az fəaliyyət göstərən aviaşirkətin parkında cəmi 20 «Superjet» təyyarəsi mövcuddur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR