İnsanlara hürriyət, millətlərə istiqlal!

İllərdir rəflərdə YER ALIRDI - Artıq bütün marketlərdən YIĞIŞDIRILIR

Türkiyədə market rəflərində yeni dövr başlayır. Qatıq və ayran kimi fermentləşdirilmiş süd məhsullarının qablaşdırmasında istifadə olunan "turş maya" və "qara maya" ifadələri qadağan edilir.

Musavat.com xəbər verir ki, istehsalçılara 2026-cı il dekabrın 31-dək uyğunlaşma müddəti verilib.

2027-ci ildən etibarən bu qaydalara zidd etiket daşıyan məhsulların market rəflərində satışına icazə verilməyəcək.

Fermentləşdirilmiş süd məhsullarında ənənəvi istehsal üsullarını xatırladan "turş maya" və "qara maya" ifadələrinin istifadəsinə son qoyulur.

Müəssisələrə 2026-cı il dekabrın 31-dək keçid müddəti tanınsa da, bu tarixdən sonra qaydalara cavab verməyən etiketli məhsulların satışda qalmasına icazə verilməyəcək.

Türkiyə Qida Kodeksinin Fermentləşdirilmiş Süd Məhsulları Təlimatı çərçivəsində aparılan tənzimləməyə əsasən, qatıq, ayran və bənzər məhsulların etiketində dəyişikliklər edilir. Müəssisələrin yeni tələblərə uyğunlaşması üçün ayrılan vaxt 2026-cı il dekabrın 31-də başa çatacaq.

Yeni qaydaya əsasən, fermentləşdirilmiş süd məhsullarının qablaşdırmasında "turş maya" və "qara maya" ifadələrindən istifadə oluna bilməz.

Bu çərçivədə "turş mayalı qatıq", "qara mayalı qatıq", "turş mayalı ayran" və "qara mayalı ayran" kimi məhsul adları da qablaşdırmalardan çıxarılacaq.

Eynilə, "turş mayadan hazırlanıb" və ya "qara mayadan istifadə olunub" kimi istehsal üsulunu bildirən cümlələr də qadağan edilir.

Keçid müddəti bitdikdən sonra standartlara cavab verməyən etiketli məhsulların satışda saxlanılması mümkün olmayacaq. Məhsulun son istifadə tarixi bitməmiş olsa belə, köhnə ifadələr daşıyan qablaşdırmalarla satışı dayandırılacaq. Beləliklə, 2027-ci ildən etibarən bu ifadələr marketlərdəki fermentləşdirilmiş süd məhsullarının etiketlərindən tamamilə silinəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR