Onlayn ictimai-siyasi qəzet
DÇ-2026-da üçüncü yer uğrunda oyun keçiriləcək.
Musavat.com xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gələcək.
Qarşılaşma iyulun 19-na keçən gecə ABŞ-nin Mayami şəhərində yerləşən “Mayami Stadium”da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Xatırladaq ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirib. İngiltərə isə Argentina ilə görüşdə məğlub olub.
Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
DÇ-2026
3-cü yer matçı
01:00. Fransa - İngiltərə
***
Matç başladı.
***
Rays 3-cü dəqiqədə İngiltərəni hesabda önə keçirir.
***
Matçın 19-cu dəqiqəsində müdafiəçi Ezri Konsa fərqlənərək İngiltərə millisinin üstünlüyünü iki topa çatdırıb.
Hazırda hesab: Fransa 0:2 İngiltərə.
***
19 Iyul 2026
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ