İnsanlara hürriyət, millətlərə istiqlal!

İran gündə bu qədər raket İSTEHSAL EDİR - SEPAH generalından ŞOK ETİRAF - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müşaviri Məhəmməd Rza Nəqdi İranın raket istehsalının buraxılış tempini üstələdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Nəqdi bu barədə PBS telekanalına müsahibəsində danışıb.

“Amerikalılar və israillilər həmişə bizim raketlərimizi saymaq istəyirlər. Biz bir gündə buraxdığımızdan daha çox raket istehsal edirik. Belə böyük bir ölkədə biz raketləri istənilən yerdə istehsal edə bilərik. Hətta müharibə illərlə davam etsə belə, son günə qədər raket buraxmağa davam edəcəyik”, - deyə SEPAH komandirinin müşaviri bildirib.

Onun sözlərinə görə, İranın geniş ərazisi raket istehsalı imkanlarının qorunmasına və istehsalın müxtəlif yerlərdə davam etdirilməsinə şərait yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR