Onlayn ictimai-siyasi qəzet
İranda İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri fonunda narahatlıq ifadə olunub. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani hazırda Omanda səfərdə olarkən məsələ ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Laricani Vaşinqtonla Tehran arasında gedən nüvə danışıqlarının gedişinə İsrail baş nazirinin təsir göstərməsinin yolverilməz olduğunu bildirib.
Diplomatın sözlərinə görə, ABŞ tərəfi vəziyyəti “müdrikcəsinə” dəyərləndirməli və Netanyahunun “mən gedib amerikalılara nüvə danışıqlarının əsaslarını öyrətmək istəyirəm” kimi eyhamlarla prosesə yön verməsinə imkan verməməlidir. O, amerikalıları bu məsələdə “ayıq-sayıq olmağa” çağırıb.
Qeyd olunur ki, bu gün İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a yola düşüb. Onun ABŞ prezidenti Donald Trampla görüşərək “İran məsələsini” müzakirə edəcəyi bildirilir. Məlumata görə, görüş fevralın 11-nə planlaşdırılıb.
Musavat.com

06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ