Onlayn ictimai-siyasi qəzet
İran rəhbərliyindən ölkədəki daxili vəziyyətlə bağlı ard-arda diqqətçəkən mesajlar səsləndirilib.
Musavat.com xəbər verir ki, İranın ali dini lideri Müctəba Xamenei müraciətində sosial həmrəyliyə zərər vuran istənilən hərəkətin yolverilməz olduğunu bildirib.
“Zəifliklər, çatışmazlıqlar və boşluqlar barədə danışmaq və ya onları qabartmaq lazım deyil. Əksinə, onların aradan qaldırılması və problemlərin həlli üçün planlaşdırma aparılmalı və addımlar atılmalıdır. Bəzən düşmənin döyüş ruhunu qorumağa ehtiyac duyduğu bir vaxtda öz zəifliklərimizi açıq şəkildə etiraf etməyimiz ona böyük kömək göstərir. Bu isə dostlarımızın və müttəfiqlərimizin narahatlığına, çaşqınlıq və tərəddüd içində qalmasına səbəb ola bilər”, – deyə Xamenei bildirib.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da ölkədə birliyin qorunmasına çağırıb. O, ictimai həmrəyliyə zərbə vura biləcək istənilən fikir ayrılığından çəkinməyin vacibliyini vurğulayıb.
Qalibaf hakimiyyət orqanlarının bütün səylərini xalqa xidmətə və İranın inkişafına yönəltməli olduğunu bildirib və ali rəhbərin mesajının əhəmiyyətini xüsusi qeyd edib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ