Onlayn ictimai-siyasi qəzet
İran mediasında yayılan məlumatlara görə, İsrail və ABŞ-nin İrana hücumu zamanı İran İslam Respublikasının Silahlı Qüvvələrinin bir sıra yüksək rütbəli komandirləri həlak olub.
Musavat.com xəbər verir ki, məlumatı İranın yarırəsmi agentliyi "Tasnim News Agency" yayıb.
Bildirilir ki, ölənlər arasında aşağıdakı yüksək vəzifəli şəxslər var:
▪️ General-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Baş Qərargah rəisi
▪️ General-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahı, kəşfiyyat üzrə rəis müavini
▪️ General-mayor, pilot Möhsin Dərre Baği – Silahlı Qüvvələrin hazırlıq və dəstək üzrə rəis müavini
▪️ General-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Baş Qərargah rəis müavini
▪️ General-mayor Qulamrza Rəzəiyan – FARAJA Kəşfiyyat Təşkilatının rəhbəri
▪️ General-mayor Bəhram Hüseyni Mütləq – Baş Qərargahın Plan və Əməliyyatlar İdarəsinin rəisi
▪️ General-mayor Həsənəli Tacik – Baş Qərargahın Hazırlıq İdarəsinin rəisi
Hazırda məlumatla bağlı İranın rəsmi dövlət qurumlarından geniş açıqlama verilməyib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ