Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökumətinin mənzil proqramı çərçivəsində Qarabağdan köçən şəxslərə 8,5 mindən çox sertifikat təqdim edilib.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan parlamentdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, məlumat oktyabrın 5-nə olan vəziyyəti əks etdirir. Verilən 8,5 mindən çox sertifikatın yalnız 4 911-i istifadə olunub.
Qarabağdakı keçmiş qondarma rejimin “ombudsmanı” Geqam Stepanyan isə sertifikatların böyük hissəsinin niyə istifadə edilə bilmədiyini açıqlayıb. Onun sözlərinə görə, vətəndaşlar verilən sertifikatların məbləği çərçivəsində uyğun şəraitə malik ev tapa bilmirlər.
Ermənistanın rəsmi proqramına əsasən, mənzil alınması və ya tikintisi üçün ayrılan dəstəyin məbləği yaşayış məntəqəsindən asılı olaraq ailənin hər üzvü üçün 3–5 milyon dram arasında dəyişir.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ