Onlayn ictimai-siyasi qəzet
İsrail tərəfi Tehranın yanlış hesablamalar nəticəsində İsrailin yaxın zamanda hücum edəcəyini düşünərək qabaqlayıcı zərbə endirə biləcəyindən narahatdır.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin təhlükəsizlik dairələrinə yaxın mənbələr məlumat yayıb.
Baş nazir Benyamin Netanyahu bazar ertəsi Knessetdə çıxışı zamanı bildirib ki, İsrailə qarşı istənilən hücumun “çox ağır nəticələri” olacaq. Son həftələrdə İsrailin siyasi və təhlükəsizlik rəhbərliyi İranla bağlı məsələlər də daxil olmaqla bir sıra əsas təhlükəsizlik mövzularını müzakirə edib.
Məlumata görə, İsrail xüsusilə İranın gözlənilməz anda endirə biləcəyi zərbənin nəticələrindən ehtiyatlanır. 12 günlük müharibə zamanı İsrail İrana ciddi ziyan vursa da, Tehranın cavab zərbələrinin effekti İsrail üçün gözlənilməz olmuşdu.
Bu riskləri nəzərə alan Netanyahu Rusiya prezidenti Vladimir Putindən İrana mesaj çatdırılmasını istəyib. Məqsəd İranın mümkün qabaqlayıcı hücumunun qarşısını almaq və vəziyyətin nəzarətdən çıxmasına imkan verməməkdir.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ