İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Livanda Hizbullah-ın “qala”larına zərbə endirib

Livanın cənubundakı ən azı beş şəhər İsrailin hava hücumlarına məruz qalıb.

Musavat.com xəbər verir ki, məlumatı “Əl-Mərkəziyyə” agentliyi yayıb. Bildirilir ki, İsrail təyyarələri Beyt Lifa, Mayfadun, Sarbin, Haris və Əl-Mansuridə müəyyən edilmiş şiə Hizbullah hədəflərinə zərbə endirib. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini güclü atəşə tutub. Hizbullah-ın qalaları olan Vadi Zibqin və Vadi əl-Qədir əraziləri hücuma məruz qalıb.

Məlumata görə, İsrail xüsusi təyinatlı qüvvələri Nəbatiyyə qubernatorluğundakı Kfar Tibnit şəhərinin kənarına basqın edib və ərazini təmizlədikdən sonra boş məktəb binasını yandırıblar. Daha əvvəl Əl-Xiyam şəhəri yaxınlığında yerləşən Cəllahiyyə və Həmmamə kəndləri ağır pulemyot atəşinə tutulub. Yerli hakimiyyət orqanlarından heç bir ziyan və ya tələfat barədə məlumat verilməyib.

Agentlik qeyd edir ki, İsrailin hərbi əməliyyatları gücləndirməsi onun Livanın cənubunda yaradılmış bufer zonasını genişləndirmək və Litani çayının şimalındakı strateji nöqtələrə nəzarət yaratmaq niyyətini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR