İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail öz sonunu hazırlayır - Nəhəng dövlətin Qüdsdəki konsulluğunu bağlayır

İsrail Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun fəaliyyətini dayandırmasını tələb edib.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, İsrail Britaniya konsulluğuna bağlanmasının zəruriliyi barədə rəsmi bildiriş göndərib.

İsrailli rəsmi və vəziyyətlə tanış olan iki mənbənin bildirdiyinə görə, konsulluqda çalışan diplomatların akkreditasiyası 30 gün ərzində ləğv ediləcək.

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Britaniya Fələstin Muxtariyyəti yanında akkreditə olunmuş Şərqi Qüdsdəki konsulluğunu bağlamalıdır.

Saar bu addımın Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR