Onlayn ictimai-siyasi qəzet
İsrailin Suriyadakı Əbu-Duhur hərbi aviabazasına endirdiyi hava zərbəsi sürətli eskalasiya üçün real risk yaradıb və İsrail ilə Türkiyə, eləcə də Suriya arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara bilərdi.
Musavat.com xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib.
Amerikalı diplomatın sözlərinə görə, Türkiyə hərbçiləri bu zərbəni İsrailin türk qüvvələrinə hücumu kimi qiymətləndirsəydilər, qırıcı təyyarələrini havaya qaldıra bilərdilər.
"Dünənki hadisələr ciddi və narahatlıq doğuran idi. Bununla belə, heç kimin həlak olmaması və vəziyyətin eskalasiyaya çevrilməməsi bizi rahatladır", - deyə Barrak bəyan edib.
O vurğulayıb ki, baş verənlər Suriyadakı gərgin şəraitdə tərəflər arasında istənilmədən baş verə biləcək toqquşmanın yüksək risklərini nümayiş etdirdi.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ