Onlayn ictimai-siyasi qəzet
Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu ilə bağlı yayılan yol-nəqliyyat hadisəsi xəbərlərini təkzib edib.
Musavat.com xəbər verir ki, Kadırov Çeçenistan prokuroru ilə görüşü zamanı bildirib ki, guya oğlu Adəm Kadırovun iştirakı ilə baş verdiyi iddia edilən qəza barədə yayılan məlumatlar “süni intellekt tərəfindən hazırlanmış saxta xəbərlərdir”.
Onun sözlərinə görə, hazırda süni intellekt vasitəsilə istənilən şəxsi aldatmaq mümkündür və cəmiyyət real yol-nəqliyyat hadisələrinə deyil, məhz bu cür uydurma məlumatlara diqqət ayırır.
Qeyd edək ki, yanvarın 17-də media orqanları Qroznıda Adəm Kadırovun kortejinin qəzaya düşməsi, onun hospitalizasiyası və sonradan Moskvaya aparılması barədə məlumatlar yaymışdı.
Rəsmi açıqlamadan sonra isə sual açıq qalır: Kadırovun oğlu hazırda haradadır?
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ