Onlayn ictimai-siyasi qəzet
“İndiki qızlar varlı oğlan, oğlanlar isə imkanlı qız axtarır. Belə çıxır ki, artıq sevgi yoxdur. Biz pul, var-dövlət, şan-şöhrət üçün yaşayırıq".
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Sevilən səhər” verilişində deyib.
Müğənni bildirib ki, insanın maddi imkanı azdırsa, bu, onun sevə bilməyəcəyi anlamına gəlməməlidir:
“Mən kasıbamsa, deməli, sevə bilmərəm? Kasıb qız da sevə bilməz? Belə çıxır ki, bu sevgi heç kimə lazım deyil. Son zamanlar gördüklərimizdən danışır, bunları müşahidə etdiyim üçün deyirəm. Amma biz əvvəllər sevəndə həqiqətən sevirdik, pula görə sevmirdik. Mənim həyat yoldaşım mənimlə ailə quranda mən kasıb, yetim bir oğlan idim. O, mənim var-dövlətimə görə gəlməmişdi. Bilirdi ki, kimə ərə gəlir. Sonra isə hər şey yavaş-yavaş düzəldi. Həyatda əzab-əziyyət də çəkdik. Çox istərdim ki, biz özümüzə qayıdaq”.
Xalidə,
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ