İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşfiyyat rəhbəri erməni əsilli müğənni ilə evlənir – Qadının ailə tarixçəsi 1915...

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kaş Patel şəxsi həyatı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, o, erməni əsilli amerikalı kantri müğənnisi və siyasi şərhçi Aleksis Uilkinslə nişanlanıb.

Nişan barədə Uilkins özü sosial şəbəkədə paylaşım edib. O, Kaş Patellə birlikdə çəkilmiş fotosunu yayımlayaraq barmağındakı nişan üzüyünü nümayiş etdirib.

Uilkins paylaşımına zarafatla “Qanunla əlaqə qurdum” sözlərini yazıb. Patel də həmin paylaşımı öz hesabında bölüşüb.

46 yaşlı Kaş Patellə 27 yaşlı Aleksis Uilkins arasında hazırda 19 yaş fərq var. Uilkins noyabrın 3-də 28 yaşını tamamlayacağından bəzi məlumatlarda yaş fərqi 18 il kimi göstərilir.

Cütlük 2022-ci ildə Neşvildə keçirilən tədbirdə tanış olub, 2023-cü ildən münasibətdədir. Uilkins 2025-ci ilin fevralında Patelin FBI direktoru kimi andiçmə mərasimində də onun yanında olub.

1998-ci ildə Bostonda doğulan Aleksis Uilkinsin erməni kökləri ata tərəfdən gəlir. Uilkins ailə tarixindən danışarkən babasının ABŞ Hərbi Dəniz Qüvvələrində Koreya müharibəsi zamanı xidmət etdiyini və onun 1915-ci il hadisələrindən qaçan erməni mühacirlərinin oğlu olduğunu bildirib.

Uilkins 2024-cü ildə Catholic News Agency-yə açıqlamasında ailəsinin keçmişinə də toxunub. O, 1915-ci il hadisələrinin onun üçün şəxsi məsələ olduğunu bildirərək bunu babasının öz xala-bibilərini və əmi-dayılarını heç vaxt tanımamasının səbəbi kimi təqdim edib.

Uilkinsin öz açıqlamalarından görünən odur ki, onun erməni əsilli əcdadlarının ABŞ-yə köçü 1915-ci il hadisələri və Osmanlı imperiyasında baş verən proseslərlə bağlı olub.

Uilkins Donald Trampı dəstəkləyən siyasi-mühafizəkar çevrələrdə də fəaliyyəti ilə tanınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR