Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com bildirir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri Fazil Mustafa sənədlə bağlı çıxışında əvvəlcə Əli Hüseynliyə yüksək səviyyəli təqdimata görə təşəkkürünü bildirib:
“İkinci oxunuşun tələblərinə görə münasibət bildirməkdən öncə bir şeyi qeyd etmək istəyirəm: Burada 27 min seçkin adamdan və dövlətin məqsəd və funksiyalarını həyata keçirənlırdən söhbət gedir. Bu, əslində say olaraq böyük görünmür başqa ölkələrlə müqayisədə, amma bu 27 min adamın keyfiyyət göstəricisi dövlətin həm də cəmiyyətdə yeritdiyi siyasətin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək bir mahiyyətdədir. Ona görə də biz elə hüquq və vəzifələr, elə prinsiplər təsbit eləməliyik ki, bu dövlətin imici üçün bu faydalı bir nəticələr də ortaya qoysun. İkinci oxunuşun tələblərinə uyğun olaraq mən maddə 13-dən başlamaq istəyirəm. Burada təbii ki, çox məsələlərə münasibət bildirmək olar, mühüm prinsiplərdir, ümumi yanaşmalardır, həm də üç qanunverici orqanın da icra organının da, məhkəmə organının da təmsilçiliyinin olması, bərabərlik prinsipinin də qorunmasını idarəetmə şurasında təmin edib. 13.1.1-ci maddədə yaradıcılıq fəaliyyəti ilə qulluq keçdiyi dövlət organı rəhbərinin yazılı razılığı ilə elmi və ya pedaqoji fəaliyyətlə məşğul olma. Mənim fikrimcə, burada biz bir az cəsarətli addım atmalıyıq.

Ümumiyyətlə, yaradıcılıq fəaliyyət, elmi fəaliyyət kiminsə rəhbərin yazılı razılığı ilə həll olunmamalıdır. Bu, insanın hüququdur. Bəlkə rəhbərin ümumiyyətlə elmə, yaradıcılığa münasibəti mənfidir, laqeyddir bəlkə. Yəni bəlkə icazə verməyəcək. Bir insanın hansısa bir öz potensialını həyata keçirməsinin niyə mümkün olmasın? Və bu işə mane olmursa, öz funksiyalarını həyata keçirməyə mane olmursa, bu insanın bir ayrılmaz bir hüququdur, təbii hüququdur. Məncə, burada bu məsələlərə maddədən, Məcəllədən çıxarmaq və imkan vermək lazımdır. Çünki dövlət qulluqçusu statik, ölü, hansısa bir dövlətin işindən başqa həyatı olmayan bir insan kimi təsəvvür oluna bilməz.
Ümumiyyətlə, biz bu dissertasiyaların müdafiəsi və başqa məsələlərdə də məhdudiyyəti götürməliyik. İşinə mane olmursa, adam elmi yaradıcılıqla məşğul olsun da. Hardansa nəsə köçürəcəksə, hardansa doğru yolla eləməyəcəksə, Ali Attestasiya Komissiyası var, geri qaytaracaq da. Amma bütövlükdə yəni bunu bir məhdudiyyət olaraq, yaradıcılığa məhdudiyyət qoymaq bu biraz totalitar düşüncənin məhsuludur. Hesab edirəm ki, bunu ümumiyyətlə, yığışdırmaq lazımdır. Heç vaxt bundan kənarda işinə mane olmuyan formada bunu hayata keçirə bilər”.
F.Mustafa daha sonra andla bağlı fikirlərini açıqlayıb:
“Bu andları da bir az mürəkkəbləşdirmək lazım deyil. 31.2.2-ci maddədə Azərbaycan Respublikasına sadiq olacağam, Azərbaycan Respublikası Konstitusiyasına dönmədən əməl edəcəyəm. Ondan sonra gəlir: bütün məsələlərdə Azərbaycan Respublikasının mənafeyi naminə həyata keçirəcəyəm. Ya sadiq olmaq, konstitusiyaya əməl etmək, Azərbaycanın mənafeyinə uyğun həyata keçirmək. Onu əlavə bir də üçüncü bir təkrarçılığın burada olmasının bir anlamı qalırmı? Yəni onu da istisna bilirik ki, biraz onu sadələşdirək və daha rahat formada qəbul olunsun”. Deputat dövlət qulluqçusu ilə bağlı müddətin uzadılması ilə bağlı da mövqeyini ifadə edib: “Təklif edirəm, bu da çıxarılsın. Niyə çıxarılsın? Bir çox qurumlarda dövlət qulluqçusunun taleyi idarəedici rəhbər şəxsdən asılıdır və tərtib də oluna bilmir. Bu subyektivizmlə bağlı bir sıra məsələlər ortaya gəlib. Amma onun qiymətləndirməsi yüksəkdirsə, başqası da hansısa bir formada tərtib olunubsa, niyə ondan üstün olmalıdır? Bizə müddətin uzatdığınız kadrın daha keyfiyyətli olması meyarı vacib deyilmi?
Nəhayət, ehtiyat kadrlar siyahısında saxlamağın iki il olması. Məncə, burada biraz da ehtiyat kadr siyahıda saxlayanın məsuliyyəti məsələsini də qoyması vacibdir. Digər bir məsələ isə qanunsuz qərarlara hansısa etiraz eləyən şəxslərin təqib olunma məsələsinə də diqqət eləmək lazımdır. Adam etiraz elədi, yerinə yetirmədi, təqib olundu. Onda nə olacaq? İşdən çıxarıldı, nə olacaq?”
E.Paşasoy,
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ