Onlayn ictimai-siyasi qəzet
Kreml Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanana qədər təbrik ünvanlamaqdan çəkinir.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanatla çıxış edib.
Peskovun sözlərinə görə, Kreml Ermənistandakı seçki prosesi zamanı qeydə alınmış çoxsaylı qanun pozuntuları barədə daxil olan məlumatları diqqətlə izləyir.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Ermənistanda baş tutan parlament seçkilərini şərh edib.
O, səsvermə prosesinin müxalifətə qarşı misilsiz təzyiqlər və Avropa İttifaqının (Aİ) xarici müdaxiləsi fonunda keçdiyini bildirib.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ