İnsanlara hürriyət, millətlərə istiqlal!

Leninqrad və Moskvaya hücum: 5 nəfər öldü, iki anbar yanır

Ukrayna Rusiyanın Leninqrad və Moksva vilayətlərinə kütləvi dron hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, OSİNT kanalları Wildberries-in Leninqrad vilayətində Krasnı Bor və Moskva vilayətində Çexov anbar və logistika mərkəzlərinə zərbələr endirildiyinə dair məlumat yayır.

Məlumat Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko tərəfindən təsdiqlənib. O, bildirib ki, Leninqrad vilayətində on yeddi PUA vurulub, Tosnenski rayonunun Krasnı Bor kəndi yaxınlığındakı anbar ərazisinə zərər vurulub.

Moskva vilayətinin qubernatoru isə dron hücumu nəticəsində 5 nəfərin həlak olduğuna dair məlumat yayıb. Bildirilir ki, zərbələrin nəticələri dəqiqləşdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR