Onlayn ictimai-siyasi qəzet
Litva Konstitusiyasından kütləvi qırğın silahlarının ölkə ərazisində yerləşdirilməsini qadağan edən maddə çıxarılır.
Musavat.com xəbər verir ki, bu barədə Litvanın baş naziri Sinkyaviçyus bəyanat verib.
Hökumət rəhbəri Konstitusiyaya edilən dəyişikliyin mahiyyətini və gözlənilən nəticələrini belə izah edib:
“Konstitusiyamız ərazimizdə kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Biz bu maddəni ləğv edirik. Bu o demək deyil ki, bizdə dərhal belə silahlar peyda olacaq. Lakin bu o deməkdir ki, əgər Fransanın nüvə silahı ilə təchiz olunmuş sualtı qayığı Baltikyanı ölkələrin limanına daxil olarsa, bu, hüquqi baxımdan mümkün olacaq. Yaxud nüvə silahı daşıyan təyyarə Litva səmasında uçarsa, buna da icazə veriləcək. Hazırda bu qadağandır. Və gələcəkdə biz də hansısa nüvə çətirinə qoşula bilərik”.
Bu addımın Baltik regionunda NATO-nun çəkindiricilik potensialını artırmaq və müttəfiqlərin hərbi imkanlarından daha çevik istifadə etmək məqsədi daşıdığı bildirilir.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ