İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın ali mükafatına layiq görülən Azərbaycan səfirindən ÖZƏL AÇIQLAMA  

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub. Təltifolunma mərasimi aprelin 23-də Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində keçirilib.

Musavat.com səfir Tahir Tağızadə ilə əlaqə saxlayıb.

Diplomat saytımıza açıqlamasında bildirib ki, bu yüksək mükafata layiq görüldüyü üçün ölkəmiz adına qürur, şəxsən öz adına isə dərin minnətdarlıq və fərəh hisləri keçirir:

“Bu orden Azərbaycan-Macarıstan əməkdaşlığına verilən yüksək qiymətin göstəricisidir. Bu təltifdə səfirliyimizin hər bir əməkdaşının zəhməti var. Buna görə də hesab edirəm ki, bu mükafat bütövlükdə Səfirliyə təqdim edilib”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni 2011-ci ildən etibarən Macarıstan dövləti tərəfindən təqdim olunan yüksək mükafatlardan biridir. Bu orden ölkənin maraqlarının təşviqinə töhfə verən, ümumbəşəri dəyərlərə xidmət edən və nümunəvi fəaliyyəti ilə seçilən şəxslərə verilir. Mükafat hər il Macarıstan Prezidenti tərəfindən məhdud sayda bu ölkənin vətəndaşları və xaricilərə təqdim olunur.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR