Onlayn ictimai-siyasi qəzet
Amerikalı sahibkar İlon Maskın xalis sərvəti 957 milyard dollara düşüb.
Musavat.com "Bloomberg" Milyarderlər İndeksinə (BBI) istinadən xəbər verir ki, beləliklə, Mask artıq trilyoner deyil.
İndeks milyarderlərin payına sahib olduqları şirkətlərin səhm qiymətlərinə əsasən hesablanır.
Bəzi şirkətlər üçün hesablama onların bazar kapitallaşmasının EBITDA-ya nisbətinə və ya səhm qiymətinin mənfəətə nisbətinə əsaslanır.
Mask iki həftədən az müddətdə trilyoner olub. 12 iyunda "Bloomberg" Maskın xalis sərvətinin onun şirkəti "SpaceX"in IPO-sundan sonra ticarətin ilk günündə 1 trilyon dolları keçdiyini bildirib. Dünən isə şirkətin səhmlərində 16 faizə yaxın kəskin ucuzlaşma baş verib, bir gündə 400 milyard dollarlıq bazar dəyəri itkisi yaşanıb.
Musavat.com
24 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ