İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappe Ronaldu və Messiyə ÇATDI

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kilian Mbappe La Liqada əlamətdar göstəriciyə imza atıb.

Fransalı futbolçu çempionat tarixində yalnız Kriştianu Ronaldu, Lionel Messi və Luis Suaresin bacardığı uğuru təkrarlayıb.

27 yaşlı forvard XXIII turun "Valensiya"ya qarşı səfər oyununda fərqlənməklə bu nəticəyə nail olub. Həmin görüşdə "kral klubu" rəqibini məğlub edib.

Mbappe cari mövsümdə La Liqada keçirdiyi 22 oyunda 23 qol vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib.

Qeyd edək ki, bu göstəricini daha əvvəl "Barselona"nın sabiq hücumçuları Luis Suares (2015/2016), Lionel Messi (2012/2013) və "Real Madrid"in keçmiş ulduzu Kriştianu Ronaldu (2014/2015) reallaşdırıb./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR