İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

Bakının Hövsan qəsəbəsində məktəbin mühafizəçisinə hücum edərək ona ağır xəsarətlər yetirən şəxslərdən ikisi polis tərəfindən müəyyən olunaraq həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində baş verib. Bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçi şəhər xəstəxanalarından birinə çatdırılıb və əməliyyat olunub./trend

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR