Onlayn ictimai-siyasi qəzet
İranda aclıq, fəlakət, sosial problemlər getdikcə daha da genişlənir. Artıq içməli su ehtiyatları son həddə azalıb.
Musavat.com xəbər verir ki, bu barədə GünazTV-nin hazırladığı video reportajda deyilir.
Reportajda göstərilir ki, Cənubi Azərbaycandan olan soydaşlarımız bildirir ki, 5-6 aydır su üzünə həsrət qalıblar. Ölkədə elektrik enerjisi isə saatlarla kəsilir.
Dövlət bu problemləri həll etmək əvəzinə xaricdə terrorçu qrupları maliyyələşdirir, qonşu dövlətlərin daxili işlərinə qarışır:
“Öz daxilindəki sosial problemləri isə görməzdən gəlir. Halbuki İranda son illər su çatışmazlığı böhran həddinə gəlib çatıb. Bu mövzu sosial sahə ilə yanaşı, ictimai-siyasi gündəmi də ən çox məşğul edən mövzulardan birinə çevrilib. Hökumət yağıntıların azalmasını göstərməklə özünün yarıtmaz idarəçiliyinə bəraət qazandırmaq istəyir. Buna nümunə kimi Urmiya gölünün ekoloji fəlakətlə üzləşməsini və gölün quurmasını göstərmək olar. Urmiya gölündə su istehlakının 68 faizini 4 məhsul – alma, çuğundur, yonca və buğda təşkil edir. Həmin məhsullara suvarma mövsümündə təxminən 2 milyard 390 milyon kubmetr su sərf edilir. Bu məhsullar isə regionun ümumi iqtisadi əlavə dəyərinin 8 faizini təşkil edir və bölgənin iqtisadiyyatında ciddi rol oynamadığına baxmayaraq, su ehtiyatlarınının ifrat dərəcədə tükənməsinə səbəb olur.
Rəsmi statistikaya görə, Orta Şərqin bütün ölkələrində 400 min su quyusu olduğu halda İranda 1 milyondan çox icazəli su quyusu var və bunların 34 faizi torpaq çökməsi təhlükəsi olan bölgələrdir.
Elektrik enerjisinin çatdırılması probleminin olması da rejimin yarıtmaz siyasətinin tərkib hissəsidir. İran dünyanın ən böyük qaz rezervi olan ölkələrdən biri olmasına baxmayaraq, qış aylarında qaz təchizatında problemlər yaşanır.
Ölkədə qidaların qiyməti hər gün bahalaşır. Küçələrdə kartonlar üzərində yatanların sayı günü-gündən artır. Narkotik vasitələr açıq şəkildə küçələrdə satılır. Haqsız ittihamlarla edam olunanların sayı isə günbəgün çoxalır. İşsizlik və gələcəyə ümidin azalması, intiharların çoxalması ölkənin əsas problemlərindəndir. Ölkədə tibbi ləvazimat, dərman çatışmazlığı pik hədəddir. Orqan alverçiləri isə tüğyan edir.
Xamenei insanlara səbr etməyi, mollalar dua etməyi məsləhət görür, prezident Məsud Pezeşkian isə bu böhranların həlli üçün kifayət qədər vasitələrin olmadığını deyir. Amma bunun müqabilində İran proksi qüvvələrə, silahlı terrorçulara, Hizbullaha, HƏMAS-a büdcə ayırmaqda davam edir. Cari ilin avqust ayında İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ən son Livana səfəri zamanı Hizbullaha böyük məbləğdə pul aparmasını göstərmək olar. Hizbullahın yenidən qurulması üçün Livana 260 milyon dollar nağd pul göndərilib. İran 2025-ci ildə ildə təşkilata 1 milyard dollar pul göndərib. Ölkənin əsas gəlirləri terror təşkilatlarının maliyyələşməsinə və daxildəki etirazların boğulmasına sərf edilir”.
Şahanə Rəhimli
Musavat.com
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ