İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın qanlı martı: məhkəmə tarixinin ən ağır hökmü...

Rusiyada böyük rezonans doğuran “Krokus Siti Holl” terror aktı ilə bağlı məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, dövlət ittihamçısı 19 təqsirləndiriləndən 15-i üçün ömürlük azadlıqdan məhrumetmə cəzası istəyib.

Söhbət təkcə hücumu həyata keçirdiyi iddia olunan 4 nəfərdən deyil, həm də onlara kömək etməkdə ittiham edilən 11 şəxsdən gedir. Digər 4 nəfər üçün isə prokurorluq 19 ildən 22 ilə qədər həbs cəzası tələb edib.

İstintaqın versiyasına görə, hücumun birbaşa icraçıları Şamsiddin Fəriduni, Dalercan Mirzoyev, Saidakram Rəçəbəlizoda və Məhəmmədsobir Fayzov olub. Onlardan üçü günahını etiraf edib, biri isə əməli “cihad” adlandırıb. Qalan şəxslər terrorçulara yaşayış yeri, nəqliyyat və sənədlərlə kömək etməkdə ittiham olunur.

Zərərçəkənlər maksimum cəza ilə yanaşı, 700 min dollardan artıq məbləğdə kompensasiya tələb edirlər.

Qeyd edək ki, terror aktı 22 mart 2024-cü ildə Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert zalında baş verib. Hadisə nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan yaralanıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR