Onlayn ictimai-siyasi qəzet
Fransada Yelisey sarayının yüksək vəzifəli əməkdaşının telefonunun İsrail kəşfiyyatı tərəfindən dinlənildiyi barədə məlumat yayılıb.
Musavat.com xəbər verir ki, Fransanın “Challenges” jurnalı Yelisey sarayının Şimali Afrika və Yaxın Şərq məsələləri üzrə müşaviri Dora Cattutinin telefonunun İsrail kəşfiyyatı tərəfindən haker hücumuna məruz qaldığını yazıb.
Məlumata görə, kiberhücum Fələstin Administrasiyası tərəfindən göndərilmiş kimi görünən saxta elektron məktub vasitəsilə həyata keçirilib. Müşavirin “fişinq” üsulu ilə hazırlanmış elektron tələyə salındığı bildirilir.
Jurnal hücumun arxasında İsrail kəşfiyyatının dayandığını yazsa da, Yelisey sarayı bu məlumatı təsdiqləməyib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ