Onlayn ictimai-siyasi qəzet
NATO qırıcı təyyarəsi Latviya hava məkanında pilotsuz təyyarə vurub.
Musavat.com xəbər verir ki, məlumat Latviya Silahlı Qüvvələri X hesabındakı açıqlamasında yer alıb: "Ölkəmizin hava məkanına təhdidin aradan qaldırıldığını bildiririk. Müttəfiq qırıcı təyyarələri Latviya hava məkanına daxil olan pilotsuz uçuş aparatını uğurla vurub".
Daha əvvəl Latviyanın şərqindəki dörd bələdiyyədə hava hücumu xəbərdarlığı elan edilmişdi və bu xəbərdarlıq təxminən 30 dəqiqə qüvvədə qalmışdı.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ