İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin Trampla gizli görüşü ölkəni QARIŞDIRDI - İşdən QOVULDU

Kosta-Rikanın prezidenti Laura Fernandes xarici işlər və dini işlər naziri Manuel Tovarı ölkə rəhbərinin xəbəri olmadan ABŞ prezidenti Donald Trampla görüşdə iştirak etdiyinə görə vəzifəsindən azad edib.

Musavat.com xəbər verir ki, bu barədə "El Financiero" nəşri məlumat yayıb.

"M.Tovar Respublika Prezidentinə əvvəlcədən xəbərdarlıq etmədən və öz iştirakı barədə məlumat vermədən iclasa qatılıb", – deyə bəyanatda bildirilir.

Baş verənlər "səhlənkarlıq" kimi qiymətləndirilib. Administrasiyanın açıqlamasına görə, bu səbəbdən dövlət başçısı görüşdə iştirak edə bilməyib və bu hal ölkəyə "strateji xarakterli böyük zərər" vurub.

Xarici İşlər Nazirliyinə müvəqqəti olaraq xarici ticarət naziri İndiana Trexos Qalyo rəhbərlik edəcək.

O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasından qayıtdıqdan sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR