İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizamidə özbaşınalıq – vətəndaşdan razılıq məktubuna görə külli miqdarda rüşvət istənilir

“Mənzilimin altındakı yarımzirzəmini qonşularım kimi mən də özəlləşdirmək istədim. Bunun üçün Nizami rayonu, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin razılıq məktubu tələb olunur. Lakin birliyin rəisi Emin Nemət oğlu Talıbovla 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Fərman Heydər oğlu Heydərov əlbir olaraq məndən külli miqdarda rüşvət tələb edirlər”.

Bu sözləri Musavat.com-a ünvanladığı məktubunda Zamil Firudun oğlu İsabaliyev yazıb.

Məktubdan aydın olur ki, Zamir İsabaliyevə məxsus olan mənzil Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 94 B, ev 17 ünvanında, 1-ci mərtəbədə yerləşir. Həmin mənzilin sağ və solundakı mənzillərin altındakı yarımzirzəmilər qonşulara verilən razılıq məktubları əsasında özəlləşdirilib.
Zamil İsabalayev ayrı-seçkiliyə məruz qaldığını, üzləşdiyi qanunsuz tələblə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də məktub yazdığını qeyd edib. Bildirib ki, ona qarşı qanunsuzluğun araşdırılmasına və hüquqi qiymət verilməsinə nail olacaq.
Yazıda adı hallanan Emin Talıbov və Fərman Heydərovla əlaqə saxlayıb onların da münaisbətlərini öyrənməyə çalışdıq.

Lakin zənglərimiz cavabsız qaldı. Bununla belə hər iki şəxsi dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR