İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Rusiyadan gələn turistlərin ölkəyə girişini qadağan edəcək

Norveç turizm məqsədi ilə gələn Rusiya vətəndaşları üçün əlavə giriş məhdudiyyətləri tətbiq edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Yeni qaydalar mayın 29-dan qüvvəyə minir.

Sənəddə bildirilir ki, Norveç polisi təlimatın müddəlarının şamil olunduğu vətəndaşların ölkəyə girişindən imtina edə bilər. Xüsusilə, Norveçə turizm və digər qeyri-vacib məqsədlər üçün gələn rusların sərhədi keçərkən krallığa girişi qadağan ediləcək.

Qaydaların sərtləşdirilməsi başqa ölkədən Şengen vizası almış şəxslərə də aiddir.

Eyni zamanda, Norveç krallıqda yaşayan yaxın qohumlarını görmək istəyən, habelə Norveçə və ya digər Şengen ölkələrinə işləmək və ya təhsil almaq üçün gələn Rusiya vətəndaşlarını öz ərazisinə buraxa bilər.

Əvvəllər Rusiya Şengen vizalarına müraciət etmək hüququndan məhrum olunan ölkələr sırasına daxil olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR