İnsanlara hürriyət, millətlərə istiqlal!

Otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib

“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.

Musavat.com xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.

Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR