Onlayn ictimai-siyasi qəzet
Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) əməkdaşları tərəfindən iki Pakistan vətəndaşının öldürülməsinə etiraz olaraq Hindistanın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Pakistan XİN-in açıqlamasında hadisənin oktyabrın 2-də baş verdiyi vurğulanır: "Sərhəd təhlükəsizlik işçiləri silahsız mülki şəxslərə qarşı təhriksiz, ölümcül güc tətbiq ediblər".
Xarici İşlər Nazirliyi həmçinin "mərhumları təxribatçı kimi təqdim etmək cəhdlərini qəti şəkildə rədd etdiyini" bildirib və Hindistanı "hadisə ilə bağlı dərhal şəffaf və etibarlı araşdırma aparmağa, günahkar bilinənlərə qarşı müvafiq intizam və hüquqi tədbirlər görməyə və nəticələri rəsmi olaraq bildirməyə" çağırıb. Hindistan da öz növbəsində etiraz etmək üçün Pakistanın müvəqqəti səfirlini çağırıb və Pakistan hökumətinin ittihamlarını "qəti şəkildə rədd edib": "Bu hadisə Pakistandan fəaliyyət göstərən silahlı narkotik sindikatlarının sərhəddən kənar hərəkətinin təkrarlanan nümunəsini açıq şəkildə nümayiş etdirir".
Hindistan həmçinin Pakistan hakimiyyətindən "vəziyyəti düzəltmək üçün müvafiq tədbirlər" görməsini tələb edib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ