Onlayn ictimai-siyasi qəzet
Vatikan rəhbəri açıqlamalarının yozulduğunu bildirib.
Musavat.com xəbər verir ki, Roma Papası XIV Lev ABŞ prezidenti Donald Trampa cavab verdiyi barədə yayılan şərhlərdən narazı qaldığını açıqlayıb.
Papa bildirib ki, onun son çıxışları Trampın tənqidlərinə cavab kimi təqdim edilsə də, bu, doğru deyil.
Söhbət xüsusilə onun Kamerunda səsləndirdiyi “dünyanı talayan bir ovuc tiran” ifadəsindən gedir. Papa qeyd edib ki, həmin çıxış Trampın onun “böyük fanatı olmadığını” deməsindən xeyli əvvəl hazırlanıb.
XIV Lev jurnalistlərə açıqlamasında deyib:
“Buna baxmayaraq, elə təqdim olundu ki, guya mən prezidentlə yeni mübahisə başlatmaq istəyirəm. Halbuki bu, məni qətiyyən maraqlandırmır”.
Pontifik vurğulayıb ki, o, siyasi polemikada iştirak etmək niyyətində deyil, əsas diqqətini sülh, humanitar məsələlər və dini missiyasına yönəldir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ