İnsanlara hürriyət, millətlərə istiqlal!

“Parkda restoran olar? Tüstüdən boğuluruq...” - Şikayət

Xətai rayonunun Vunq Tau küçəsində, Heydər Əliyev parkında yerləşən restorandan yenə şikayət var.

Musavat.com-a müraciət edən vətəndaşlar bildiriblər ki, kifayət qədər böyük olan park ərazisində gəzinti və idman üçün hər cür şərait yaradılsa da, onlar nə istirahətdən zövq ala bilirlər, nə də idmandan. Səbəb park ərazisindəki “El chacho” restoranından yayılan kabab iyi və tüstüdür. Üstəlik, restoranda səsləndirilən musiqinin səsi də həddən artıq yüksəkdir.

Əməkdaşımız sözügedən ərazidə olub və görünən odur ki, vətəndaşların şikayətləri əsassız deyil.

Ərazidə kabab iyindən və tüstüdən dayanmaq mümkün deyil. Vətəndaşlar deyir ki, ailə-uşaqla parkda rahat istirahət etmək mümkün deyil: "Parkda restoran olması normaldır, amma belə restoran işlətməzlər!”

“Hər axşam eyni vəziyyyətdir. İdman etməyə gəlirəm, tüstü iyindən boğuluram. Parkda restoran olar? Yaxşı ki, siz gəldiniz, işıqlandırırsınız, bəlkə xeyri oldu...”., - ortayaşlı sakin deyir.

“Yaşlı adamam, axşamlar təmiz havada gəzmək istəyirəm. Vəziyyəti özünüz görürsünüz. Adam bilmir nə desin. Bəlkə bu restodan camaatı kabab iyinə cəlb etmək istəyir? Bu cür yaşıllıqdan, şəraitdən rahat zövq ala bilmirik”, - təqaüdçü sakin bildirir.

Redaksiyamız sözügedən şikayətlə bağlı müvafiq orqanlara müraciət edib, araşdırma aparılır.
Xatırladaq ki, bu, adıçəkilən restoranla bağlı ilk şikayət deyil. Saytımıza daha öncə də eyni məzmunlu şikayətlər edilib.

https://musavat.com/news/park-erazisindeki-restoranin-tustusu-vetendaslarin-istirahetine-mane-olur-video_993928.html

Nigar Həsənli,
Fotolar, video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

30 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR