Onlayn ictimai-siyasi qəzet
Gümrü şəhər meriyasında gərgin vəziyyət yaranıb.
Musavat.com xəbər verir ki, hazırda təkcə binanın ətrafında deyil, içərisində də qarşıdurma yaşanır.
Maskalı hüquq-mühafizə orqanı əməkdaşları ilə bələdiyyə işçiləri arasında toqquşma baş verib.
Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib. Gümrü sakinləri meriyanın qarşısına toplaşaraq vəziyyəti etirazla qarşılayırlar. Bir qədər əvvəl əraziyə daha iki avtobus dolu polis gətirilib.
Hüquq-mühafizə orqanları meriyanın girişini bağlayıb və binaya heç kəsi buraxmır. Toplaşan vətəndaşlar fit çalaraq “Ayıb olsun!” kimi şüarlar səsləndirirlər.
Meriyanın əməkdaşlarının verdiyi məlumata görə, şəhər meri Vardan Qukasyan hazırda binadadır və faktiki olaraq izolyasiya olunub. Onun əməkdaşları merin saxlanıla biləcəyindən ehtiyat edirlər.
Xatırladaq ki, bu gün səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü meriyasına gəliblər. Hazırda xüsusi təyinatlı maskalı qüvvələr binada qalmaqdadır, lakin əməkdaşlara baş verənlərin səbəbi barədə heç bir məlumat verilməyib.
Musavat.com
22 Iyun 2026
02:51 Atasının etirazına baxmayaraq evdən qaçdı, illərlə küçədə yatdı-Bu gün isə İranın qəhrəmanıdır
21 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ