İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan sülh müqaviləsini UZADIR: Bu tarixə qədər İMZALANACAQ!

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin bağlanması hökumətin və şəxsən özünün ən mühüm vəzifələrindən biridir.

"Mən özüm üçün konkret tapşırıq və qrafik müəyyənləşdirmişəm - 2031-ci ilə qədər bu məsələnin həllinə nail olmaq. Təbii ki, bu, həm də hökumətin və siyasi komandamızın ümumi vəzifəsidir. Lakin Baş nazir kimi, bunu şəxsi gündəliyim baxımından da xüsusi əhəmiyyətli hesab edirəm", - deyə "Sputnik Armenia" Paşinyanın sözlərini sitat gətirib.

Qeyd edək ki, İrəvanın sülh müqaviləsini 2031-ci ilə qədər uzatmaq cəhdi Ermənistanın "sülhpərvər" imicinin arxasında gizlənən səmimiyyətsizliyini və prosesi açıq-aşkar tormozladığını bir daha ifşa edir.

Lakin İrəvanın bu ləngitmə taktikası Bakının prinsipial mövqeyini qətiyyən sarsıtmır. Prosesin uzadılması Azərbaycanın əsas və dəyişməz tələblərini, Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasını gündəlikdən çıxarmır. Əksinə, zaman keçdikcə İrəvan bu şərtləri qəbul etməyə daha çox məcbur olacaq.

Sülhü süni şəkildə yubadan Ermənistan regionun iri iqtisadi, enerji və logistik layihələrindən kənarda qalaraq özünü təcridə məhkum edir. Azərbaycan isə öz hərbi gücünü, azad edilmiş ərazilərdəki mövqelərini və strateji üstünlüyünü hər gün daha da möhkəmləndirir. Bir sözlə, İrəvan vaxt qazanmağa çalışsa da, zaman Bakının xeyrinə, Ermənistanın isə ziyanına işləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR